Çində daşqınlar nəticəsində 7 nəfər ölüb

20.07.2016 09:47     Sosreaksiya     818

Çinin mərkəzi və şimal ərazilərində baş vermiş daşqınlar zamanı 7 nəfər ölüb. "Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər yayıb.
 
Agentliyin xəbərində bildirilir ki, təbii fəlakət zamanı daha 7 nəfər itkin düşüb.
 
Bazar günündən davam edən güclü yağışlar Xubey (Mərkəzi Çin) əyalətinin 35 şəhər və rayonunda yaşayan 807,8 min sakinə zərər vurub. Bu əyalətdə beş nəfər ölüb, bir nəfər itkin düşüb.
 
Xebey (Şimali Çin) əyalətində isə bir nəfər həlak olub, altı nəfər itkin düşüb. Fasiləsiz davam edən leysanlar yolları batıraraq axtarış-xilasetmə işlərinin aparılmasına mane olur.
 
Milli meteoxidmət bu həftə növbəti yağışların yağacağını proqnozlaşdırır. 
 
 

Şərhlər

Çox oxunanlar