Şanxayda təyyarə körpüyə çırpılıb

20.07.2016 20:07     Sosreaksiya     1012

Şanxayda dəniz təyyarəsi körpüyə çırpılaraq qəzaya uğrayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə beynəlxalq Çin radiosu (CRI) məlumat yayıb.
 
Hadisə şəhər çimərliklərindən birində baş verib. Bu, dəyəri təxminən 4,5 milyon dollar olan dəniz təyyarəsinin ilk uçuşu olub.
 
Hələlik ölən və yaralananların dəqiq sayı məlum deyil.
 
İlkin versiyaya görə, hadisənin başvermə səbəbi texniki nasazlıq olub. 
 

Şərhlər

Çox oxunanlar