Tanınmış vəkillə Baş Prokurorluq məşğul olacaq
21.07.2016 18:15 Sosreaksiya 1009
Vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Bu barədə Report-a Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.
Onun sözlərinə görə, ötən gün VK-da keçirilən iclasda bu barədə qərar qəbul edilib:
"Bu ilin yanvar ayından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti də onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə xanım iclaslara heç bir əsas göstərmədən qatılmadı. O, gəlməməsi ilə bağlı izahatlar da yazmadı. Digər tərəfdən isə o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb. Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Bunu artıq Baş Prokurorluq araşdıracaq".
Şərhlər