Rusiya və Azərbaycan xarici işlər nazirlərinin müavinləri arasında telefon danışığı olub

21.07.2016 23:31     Sosreaksiya     994

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

 

Tərəflər Bakıda keçiriləcək Rusiya-Azərbaycan-İran formatı üzrə yüksək səviyyəli görüşə hazırlıq, habelə ikitərəfli münasibətlərin bir sıra aspektlərini müzakirə ediblər.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar