DİN 6000 çətənə kolunu məhv etdi

22.07.2016 12:25     Sosreaksiya     945

Daxili İşlər Nazirliyi əməkdaşları daha iki çətənə əməliyyatı həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən Qırlı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 600 kiloqram olan 6000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

 

Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahbəyli kəndində yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunan İlqar Mikayılovun həyətində kultivasiya yolu ilə yetişdirdiyi 8 ədəd çətənə kolu və 125,70 qram marixuana aşkar edilərək götürülüb.

Şərhlər

Çox oxunanlar