Depressiya nədir? Niyə yaranır? - araşdırma
02.06.2015 19:09 Sosreaksiya 8001

Fəsil dəyişikliyi yaşayan zaman depressiya problemi aktuallaşır. Bəs depressiya nədir, niyə yaranır? Bu barədə psixoloq Vəfa Rəşidova ilə söhbətləşdik.
-Vəfa xanım, ilk sualımız depressiya nədir nədən yaranır ?
-Depressiya yaşadığımiz narahatçılıqlarla əlaqədar yaşanan müəyyən bir halın üzərinə düşülmədikdə daha da inkişaf edilməsidir. Vaxtında üzərinə düşülmədikdə depressiya daha da inkişaf edir. Hətta elə insan ola bilər ki, depressiya yaşasa da, bundan xəbəri olmasın. Depressiyanın insanı getirdiyi son mərhələsi, hətta psixoloji durum pozuntusu intihara gətirib çıxara bilər. Depressiya bioloji tərəfdən, hətta genetik də yayıla bilər. Genetik olan müəyyən bir insana qohumlar tərəfində olan bir zaman qohumlarının daşıdığı depressiv narahatçılıqlar bir müddətdən sonra depressiya yaşayan şəxsə də təsir edə bilər.
-Bes depressiyanın müalicəsi varmı? Əgər varsa, necə aparılır?
-Bəli, depressiyanın müalicəsi var. Sadəcə, insan vaxtında zamanında problemini depressiv vəziyyətini dərk edib, psixoloqa müraciət etsə, bu daha effektli müalicə olunar. Həmçinin, depressiyanı müalicə edən zaman psixoloqa müəyyən konsultasiya və seminarlar vasitəsiylə depressiyanı müalicə etmək olur, amma, depressiya daha uzun müddətli və ağır tipdə olduqda, psixoloqlar depressiya vəziyyətində olan şəxsi antidepresantlar vasitəsiylə də müalicə etməyə çalışırlar. Amma insan öz həkimi olsa vaxtı vaxtında yaşadığı vəziyyətin üzərinə düşsə, bu problem daha da kütləviləşməz.
-Bəs müalicə olunan depresiyanın yenidən yaranması mümkünmü?
-Bəli depresiya insanın yaşadığı həll və hadisələrlə bilavasitə əlaqədardır. İnsan müalicə olunduqdan sonra yenidən keçirdiyi və ya yaşadığı müəyyən bir travma nəticəsində yenidən bərpa oluna bilər. Amma yenədə vaxtında üzərinə düşülərsə, problemi tez bir zamanda aradan qaldırmaq mümkündür.
-Depressiya vaxtında müalicə olunmazsa yaranacaq fəsadları varmı?
-Təəssüf ki, var. Depresiya vaxtında müalicə olunmazsa İnsanda özünəqapanma, cəmiyyətdən təcrid olunma halları yaşana bilər. Ən ağır formalı depresiyalar isə müalic olunmadıqda, özünəqəsdlə, intiharla nəticələnə bilər.
-Bəs yaşanan depresiyaların mövsümlə əlaqəsi varmı?
-Bəli, dəyişkən fəsillərdə payız və yaz fəslində insanın orqanizmində sanki bir canlanma oyanış baş verir. Bunun nəticəsində insanın yeniliyi qəbul etməməsi hal pozuntularına, ruhdan düşməyə, depressiyanın yaranmasına gətirib çıxara bilər. İnsanlar heç bir hadisə yaşamadan sadəcə fəsil dəyişkənliyi ilə əlaqədar da depressiya yaşaya bilər. Bunun kütləviləşməməsi üçünsə vaxtında psixoloqa müraciət etmək ən əsas amildir. Depressiya zamanında üzərinə düşüldukdə həllini tapa bilər
ƏŞRƏF HAŞIMOĞLU
Şərhlər