Azərbaycanda şok olay - “Bank BTB”-nin əməkdaşları müştərini döydü
23.07.2016 13:16 Sosreaksiya 1281
Zabrat qəsəbə sakini Rasim Budaqov "Bank BTB”-nin əməkdaşları tərəfindən döyülüb.
Ötən gün bankın əməkdaşı mənə zəng edib borcumu ödəmədiyimi dedi. Dedim ki, sistemə yaxşı baxın , əvvəlki qaydada ödəmişəm. Zəng edən şəxs mənlə kobud davrandı, olduğum ünvanı soruşdu. Üstündən 1 saat keçəndən sonra 5 nəfər bank əməkdaşı Zabratdakı dükanıma gəldi. 1 nəfər arxadan əllərimi tutdu. Zəng edən şəxs də məni vurdu. Sonra çıxıb getdilər.
Şərhlər