Bakı-Sumqayıt-Binəqədi yolunun tikintisinə 8,5 milyon manat ayrıldı
23.07.2016 18:44 Sosreaksiya 989
Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 87 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon manat ayrılır.
Maliyyə Nazirliyinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılır.
Şərhlər