İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı verib
24.07.2016 10:05 Sosreaksiya 1079
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin paytaxtında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib və zəruri hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yarananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Reaksiya.az
Şərhlər