3 yeniyetmə göldə boğulub

24.07.2016 22:28     Sosreaksiya     1153

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.
 
Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı  yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən Sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
 
Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 

Şərhlər

Çox oxunanlar