Manat avroya nisbətdə bahalaşıb

25.07.2016 12:32     Sosreaksiya     998

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi iyul ayının 22-si ilə müqayisədə dəyişməyərək 1,5724 manat təşkil edib.
 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,5% zəifləyərək 1,7259 manat olub.

 

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl da 0,81% ucuzlaşaraq 0,0243 manat səviyyəsinə enib.

Türkiyə lirəsi isə manata nisbətən bahalaşıb. Belə ki, qardaş ölkənin milli valyutası 0,33% artaraq 0,5141 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0647 manatdır. Beləliklə, funt sterlinq də 0,74%-lik ucuzlaşma nümayiş etdirib.
 

Gürcüstan larisinin məzənnəsi isə dəyişməyərək 0,6685 manat təşkil edib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar