Bakıdan Batumiyə avtobus reysi fəaliyyətə başlayıb

25.07.2016 14:25     Sosreaksiya     916

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı "APA-Economics"ə bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq.

 

Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar