Floridadakı atışmanı polis terror hesab etmir
25.07.2016 22:56 Sosreaksiya 1126
Amerikanın, Florida ştatının Fort-Mayers şəhərindəki gecə klubuna məxsus avtomobil dayanacağında baş verən atışmanı yerli polis terakt hesab etmir.
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, üç şübhəli saxlanılıb. Cinayətin nədən baş verdiyi isə hələ də məlum deyil.
Hadisə zamanı 14 və 18 yaşlı iki gənc həlak olub. 16 nəfər isə xəsarət alıb. Şahidlər bildiriblər ki, atışmada dayanacaqdakı insanlar, avtomobillər və yaxınlığdakı evlər atəşə tutulub.
Şərhlər