MTRŞ qanunsuz kabel televiziyalarını bağladır

26.07.2016 11:05     Sosreaksiya     1436

Azərbaycanda qanunsuz fəaliyyət göstərən kabel televiziyaları çoxdur.
 
Bizimyol.info  xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, bir sıra yeni tikilən binalarda daxildə texniki qurğular qoyaraq kabel yayımı ilə məşğul olurlar: “Bu, qanunsuzdur. Bununla bağlı hüquq-mühafizə oqranlarına, Bakı şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişik. Tədricən bu məsələlər həllini tapır, amma çox təəssüf ki, bunların sayı çoxdur. Bu fəaliyyətlər bəzən o qədər gizli şəkildə olur ki, aşkar etmək çətin olur. Bu, bir az çətin məsələdir”.
 
MTRŞ sədri qeyd edib: "Vətəndaşlar fəaliyyətlərini qanunla həyata keçirməlidirlər. Artıq bu istiqamətdə müəyyən irəliləyişləri görürük. Kimin qanuni yayım hüququ varsa, onlarla əməkdaşlıq etsələr həm vətəndaşlar, həm sahibkarlar, həm də dövlətimiz üçün daha xeyirli olar”.
 

Şərhlər

Çox oxunanlar