Bakıda avtomobil üç piyadanı vurub

26.07.2016 13:06     Sosreaksiya     1219

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanan paytaxt sakinləri - Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub. Sonradan avtomobil divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxananaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar