Sabahın hava proqnozu

26.07.2016 13:36     Sosreaksiya     880

İyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
 
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.  

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar