Paytaxtda pulsuz hepatit müayinələri keçiriləcək
26.07.2016 15:23 Sosreaksiya 930
28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, RMDM-də üç gün davam edəcək müayinələrdə sağlamlığını düşünən hər bir kəs iştirak edə bilər. Müayinələr xaricdə təhsil alan həkim-hepatoloq tərəfindən keçiriləcək.
Qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan Hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.
Qeyd edək ki, RMDM-də dəfələrlə anoloji aksiyalar təşkil olunub.
Şərhlər