Rusiyada azərbaycanlı polkovnik və diaspor fəalının müəmmalı ÖLÜMÜ
26.07.2016 15:32 Sosreaksiya 882
Rusiya Federasiyası Udmurtiya Respublikasının İjevsk şəhərində azərbaycanlı polis polkovniki, diaspor fəalı ölüb.
Udmurtiya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, konqresin yaradıcılarından biri, baş sahə müvəkkili, əslən Azərbaycanın Cəlilabad rayonundan olan 1951-ci il təvəllüdlü Tofiq Haqverdi oğlu Kərimovun meyiti iki gün əvvəl yaşadığı evdə tapılıb. Meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. T. Kərimovun cənazəsi dəfn olunması üçün doğulduğu Cəlilabad rayonuna yola salınıb.
T. Kərimov həm polisdəki fəaliyyətinə, həm də diaspor fəaliyyətinə görə Rusiya prezidenti tərəfindən bir neçə dəfə mükafata layiq görülüb.
Şərhlər