Müdafiə Sənayesi Nazirliyinin silah zavodunda güclü partlayış - FOTOLAR

26.07.2016 16:42     Sosreaksiya     1247

Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib.

Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda dəhşətli partlayış olub.
Deyilənə görə bu zavodda silah-sursat istehsal olunur.
 
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 
 
Xatırladaq ki, ötən il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən partlayış baş vermişdi.
 
Partlayış baş verən hər iki zavod hərbi təyinatlıdır (musavat.com).
 
 

 

Şərhlər

Çox oxunanlar