Nazirlik: Zavodda partlayış nəticəsində xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib

26.07.2016 17:05     Sosreaksiya     877

Şirvanda baş vermiş partlayış zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi məsələsi səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

 

 

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 xəsarət almış şəxs çatdırılıb.

 

 

Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir.

 

 

 

Təcili yardım briqadaları hadisə yerində işini davam etdirir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar