Çin güclü tayfun zərbəsinə məruz qalıb

27.07.2016 22:23     Sosreaksiya     987

Çinin cənubunda ada əyaləti olan Haynan güclü Mirinae tayfununun zərbəsinə məruz qalıb. 
 
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, fəlakətin əsas zərbəsi regionun cənub-şərqindəki Vannin şəhərinə dəyib. Məlumata görə, tayfunun mərkəzində küləyin sürəti 100 kilometr saatdan yuxarı olub.
 
Yerli hökumət ada ilə materik arasındakı dəmiryolu əlaqəsini kəsib. Limanlarda 25 mindən çox balıqçı gəmisi tayfunun sakitləşməsini gözləyir. Çinin cənubunda yerləşən Huandun və Quansi-Çjuan muxtar rayonlarınada da tayfunun öz təsirini göstərəcəyi gözlənilir.
 

Şərhlər

Çox oxunanlar