5 yaşlı qıza təcavüz etmək istəyən şəxs edam edildi - FOTOLAR

27.07.2016 22:43     Sosreaksiya     1362

İranda adam oğurluğunda, cinsi təcavüzə cəhddə və qəsdən adam öldürməkdə günahlandırılan şəxs edam edilib.

1Xəbər.com xarici mediaya istinadən xəbər verir ki, hadisə İranın Kirmanşah əyalətinin Sunqur şəhərində baş verib. 

Məlumata görə, edam olunan şəxs bu ilin iyun ayında qonşusunun 5 yaşlı qızı- Hənnanə Qiyasini oğurlayaraq onu zorlamağa cəhddə və qətlində günahlandırılaraq ölümə məhkum edilib. Məhkum ictimaiyyətin və qətlə yetirilən uşağın valideynlərinin gözü qarşısında dar ağacından asılıb.

Qeyd edək ki, son iki həftədə, İranda müxtəlif ittihamlara görə ən 40-a yxın insan edam edilib.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar