Manat üçün gözlənilən qərar verildi - Rəsmi açıqlama

28.07.2016 11:57     Sosreaksiya     1144

ABŞ Federal Ehtiyatlar Sistemi bu gün keçirilən iclasın nəticələri barədə açıqlama yayıb

Politika.Az xəbər verir ki, açıqlamada uçot dərəcəsinin 0,25-0,5 faiz həcmində saxlanıldığı bildirilir.

FES-in açıqlamasında ümid edilir ki, iqtisadi şərtlər ancaq bu dərəcənin tədricən artılması üçün əsas yaradacaq.

Qeyd edək ki, 16 dekabr 2015-ci ildə FES dolların uçot dərəcəsinin 0,25-0,5 faizə qaldırmışdı. Buna qədər isə uçot dərəcəsi 0-0,25 faiz olmuşdu ki, bu da ən aşağı nəticə hesab edilirdi. Bu isə manatın ikinci devalvasiyasını qaçılmaz etmişdi. FES-in bununla bağlı növbəti iclasının sentyabrda keçiriləcəyi gözlənilir. Ekspertlərin fikrincə, FES-in qərarı manatı qısa müddətə də olsa üçüncü devalvasiyadan qurtarsa da, “üzən məzənnə” dolların bahalaşmasını qaçılmaz edəcək.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar