FHN çimərliklərdə yoxlamalara başladı
28.07.2016 18:02 Sosreaksiya 869
Çimərlik mövsümü ilə əlaqədar çimərlik ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl edilməsini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 27-də kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduğuna görə Bakı şəhərinin Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq, 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulub, onlar müvəqqəti saxlanca götürülüb. Qeyd olunan gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.
Şərhlər