Azərbaycan prezidenti perulu həmkarını təbrik edib

28.07.2016 20:29     Sosreaksiya     950

 Azərbaycan prezidenti İlham Əliyev Pedro Pablo Kuçinskini Peru prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Peru Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Peru arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar