Facebook-un 11,7 milyonuna həbs qoyuldu
28.07.2016 23:09 Sosreaksiya 1376
Braziliya Federal Məhkəməsi "WhatsApp" messencerinin də sahibi olan "Facebook" şirkətinin hesabındakı 11,7 mln. dollar vəsaitə həbs qoyub.
Milli.Az lent.az-a istinadən bildirir ki, buna səbəb messencer təmsilçilərinin hüquq-mühafizə orqanlarına istifadəçilərin yazışmalarını izləmək icazəsini verməməsidir.
Qeyd edək ki, ötən ay Braziliyanın Londriana şəhər məhkəməsi "Facebook"un hesabındakı 6 mln. dolları bloklayıb.
Braziliya məhkəmələri dəfələrlə yerli mobil operatorlara "WhatsApp"ın ölkə ərazisindəki fəaliyyətini məhdudlaşdırmaq barədə göstəriş verib.
Şərhlər