Bakı sakini evində ölü tapıldı

29.07.2016 00:00     Sosreaksiya     1204

Bakıda 60 yaşlı kişi axşam saatlarında evində ölmüş vəziyyətdə tapılıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-cı il təvəllüdlü Abışov Rauf İman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar