Bakı sakininin telefonu partladı, uşağın dili tutuldu
29.07.2016 02:53 Sosreaksiya 1289
Ölkəmizdə nadir hallarda baş verən hadisə yaşanıb.
Belə ki, şəhər sakinlərindən birinin telefonu partlayıb.
Bizimyol.info-nun məlumatına görə, telefon divanın üzərindəykən bir anda alışıb və partlayıb: "Evdə oturduğumuz yerdə "Samsung" markalı telefon partladı və sonra alışmağa başladı. Hadisə evdəki körpənin yanında baş verdi. Xoşbəxtlikdən heç kimə heç nə olmadı. Uşaq qorxudan hələ də danışmır".
Oxucu güman edir ki, problem telefonun batareyasında olub. O, batareyanı yeni aldığını deyib və istifadəçiləri ehtiyatlı olmağa çağırıb.
Şərhlər