Norveç neft şirkəti Bakıda yeni emalatxana və ofis açdı

29.07.2016 16:02     Sosreaksiya     855

Norveçin neft servis şirkəti "Enhanced Drilling" Azərbaycanda yeni emalatxana və ofis açıb.

"Report" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni emalatxana Salyan şosesinin 22-ci km-də yerləşir və 2 355 kv. metr sahəni əhatə edir. Yeni emalatxana şirkətin Bakıda yerləşən köhnə emalatxanasından 3 dəfə böyükdür.

Qeyd edək ki, "Enhanced Drilling" şirkətinin baş ofisi Norveçdə yerləşir. Şirkətin Böyük Britaniya, ABŞ, Avstraliya, Azərbaycan, Malayziya və Kanadada təsisatları var.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar