Azərbaycanda yol nişanları güllələndi - FOTOLAR

29.07.2016 21:05     Sosreaksiya     1467

Quba-Xınalıq yolunda yol nişanları güllələnib.

 Report bildirir ki,5 saylı "Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanovun dediyinə görə, belə hal ilk dəfə il yarım əvvəl baş verib: "Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb".

Quba rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və Təşviqat üzrə inspektoru Azad Əsədov "Report"a açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik".

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar