İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib
30.07.2016 13:02 Sosreaksiya 784
Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu barədə APA-ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.
Onun sözlərinə görə, hələlik məhkəmənin vaxtı məlum deyil.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.
Şərhlər