Xəzərdə batan üç nəfər xilas edilib

31.07.2016 00:41     Sosreaksiya     898

Bu gün Xəzər sularında batan daha üç nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.

Trend FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:00-da başa çatıb.

Digər hadisə isə Xəzər rayonu ərazisində baş verib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:20-də başa çatıb.

Şərhlər

Çox oxunanlar