"RİH tərəfindən şəhidə hörmətsizlik..." - Mətanət Əsgərqızı - FOTOLAR

31.07.2016 14:59     Sosreaksiya     1921

"İyul ayının 28-də Zərdab RİH-nin başçısı Lütfəli Babayevin göstərişi ilə bu ilin 6 aprel tarixində cəbhədə gedən döyüşlərdə şəhid olmuş Nurlan Abdullazadənin ailəsinə qarşı hörmətsizlik olunub."

Bu informasiyanı oxudum və narahat oldum.

Artıq bir neçə hadisədir ki, rast gəlirik.Bundan əvvəl iyun ayının 18-də şəhid Xalıq Qasımovla bağlı da belə hal baş vermişdi. Sabunçu rayonunda bələdiyyə tərəfindən bayraq şəhidin qəbri üstündən açlmışdı. Məsələ ictimailəşəndən sonra problem həllini tapdı.

İndi də Zərdab rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhidə qarşı hörmətsizlik olunur. Böyük Dəkkə kəndində şəhidin qəbri yanında inşa edilmiş bayraq açılır, Nurlanın şəklini əks etdirən plakatı sökmələri üçün ailəyə təzyiqlər edilir.

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi məmurlar tərəfindən şəhidlərə və onların ailələrinə qarşı edilən belə hərəkətləri pisləyir. Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu qəbildən olan insanlara qayğısını və diqqətini həmin məmurların nəzərinə çatdırır.

Biz bəyan edirik ki, belə hərəkətlər cənab İlham Əliyevin qərarlarına hörmətsizlik və ölkədə aparılan vətənpərvərlik işinə zərbədir. Belə məmurlar mənasız işlərlə məşğul olmaqdansa şəhid ailələrinin problemlərinin həlli ilə məşğul olsalar daha yaxşı olar! Əsgər Ailələrinə Dəstək İctimai Birliyi məmurları bir daha belə hərəkətlərdən çəkinməyə səsləyir.

Xatırladaq ki, gizir Nurlan Rasim oğlu Abdullazadə aprel ayında Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Mətanət Əsgərqızı Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar