Beyləqanda banka hücum edildi

01.08.2016 02:02     Sosreaksiya     1196

Azərbaycanda bank filiallarından birinə basqın edilib. Hadisə "Accessbank” QSC-nin "Beyləqan” filialında qeydə alınıb.

Tezis.az-ın məlumatına görə, Beyləqan rayonlararası mühafizə şöbəsinə rayonun Magistral küçəsində yerləşən "Accessbank” QSC-nin "Beyləqan” filialından "həyəcan” siqnalı daxil olub. 
 
Mühafizə polisinin əməkdaşları hadisə yerinə gediblər.
 
Bu zaman bankın "Beyləqan” filialının pəncərəsinin şüşəsini sındıraraq hadisə yerindən qaçmaq istəyən Füzuli rayonu, Yuxarı Güzdək kənd sakini, Beyləqan rayonu ərazisində məskunlaşan Rəhim Nəbiyev saxlanılıb.
 
Rəhim Nəbiyev Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib. 
 

Şərhlər

Çox oxunanlar