Prokurorluqdan işçisini döyən müdirlə bağlı açıqlama: "Araşdırma aparırıq" - EKSKLÜZİV

01.08.2016 18:26     Sosreaksiya     2062

Tovuzda "Türkel Tv"-nin müdiri Nadir Şəfiyevin öz işçisini döyməsindən sonra Rayon Prokukoluğu da məsələ ilə bağlı açıqlama verib. Reaksiya.az xəbər verir ki, Tovuz Rayon Prokukorluğu daxil olmuş şikayətlə bağlı Vüqar Kərimovun Tovuz Rayon Prokukorluğuna baş vermiş hadisə ilə bağlı müraciət etdiyini təsdiq edib. Prokurorluğun əməkdaşı Rəşad Məmmədov müraciətin poçt qaydası ilə daxil olduğunu və müraciətin daxil olmasından sonra araşdırma prosesinin başlandığını bildirib.

"Şikayət daxil olub. Nadir Şəfiyevlə bağlı həmin şəxs müraciət edib. Müraciət üzrə hər hansı bir hərəkət edilməyib. Hərəkət edildikdən sonra müraciətlərin baxılması üçün qanunda nəzərdə tutulan müddət ərzində yoxlama aparılaraq yekun qərar qəbul ediləcək".

Rəşad Məmmədov əlavə edib ki, müraciət - müraciət şəklindədir və faktlar öz təsdiqini tapdıqdan sonra yekun bir qərar veriləcək.

Xatırladaq ki, bir müddət öncə mətbuatda Nadir Şəfiyevin öz işçisini döyməsi ilə bağlı xəbərlər yazılmışdı. Məlumatda bildirilirdi ki, o, səsyazma otağına gələrək işçiləri “qeyrətsiz” deyə təhqir etmiş, səs rejissoru Vüqar Kərimovla isə əlbəyaxa olmuşdu.

Qeyd edək ki, həmin hadisədən sonra işçilər kütləvi surətdə müdriyyətin yaratdığı iş rejiminə etiraz etmişdilər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar