Zəlzələ ilə əlaqədar "Azsığorta" şirkəti operativ qərargah açıb
01.08.2016 21:50 Sosreaksiya 986
Zəlzələdən sonrakı ilk saatlarda Ağsu, Fizuli, İmişli, Şirvan və Beyləqan rayonlarından "Azsığorta" şirkətinə artıq 17 müraciət daxil olub.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Daxil olmağa davam edən müraciətlərə operativ reaksiya göstərmək və ən qısa zamanda zərərləri qiymətləndirmək məqsədilə, "Azsığorta" şirkəti zəlzələ nəticələri ilə iş üzrə operativ qərargah açıb. Müraciətlər *6565 nömrəsi ilə qəbul edilir.
"Azsığorta" şirkətinin Direktorlar Şurasının sədri Aleksandr Kananadze bildirib: "Bütün müraciətlərə ən qısa zamanda baxılacaq. Biz çalışırıq bu cür hadisələrə vaxtında reaksiya verək. Tənzimləmə prosesinin tezləşdirilməsi üçün operativ qrup təşkil etmişik. Bizim üçün bu ilk belə təcrübə deyil".
Qeyd edək ki, bu gün səhər saatlarında İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxın ərazilərdə, o cümlədən Mingəçevir, Gəncə, Göranboy, Qəbələ və Şəkidə də hiss olunub.
Şərhlər