Natiq Cavadlının şikayəti təmin olunmadı
02.08.2016 12:58 Sosreaksiya 1118
Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir
Avqustun 1-də Nəsimi rayon Məhkəməsində jurnalist Natiq Cavadlının ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb. Hakim Elman İsayevin sədrliyi ilə keçirilən qapalı prosesdə jurnalistin iddiası təmin edilməyib.
Vəkil Elçin Sadıqov proses zamanı bildirib ki, jurnalistin ölkədən çıxışına 1 ildir qadağa qoyulub: “O, Meydan TV işi ilə bağlı açılan cinayət işində ifadə verib”.
Meydan TV internet media kanalının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır.(azadliq.info)
Şərhlər