Gözləri görmür, imtahandan 324 bal yığdı...

02.08.2016 17:01     Sosreaksiya     986

Görmə əngəlli Xətai Azayev bu il jurnalistika ixtisasına qabiliyyət imtahanı verən və məqbul qiymət alan 154 nəfərdən biridir.
 
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, 24 yaşlı gənc 3 il qəbul imtahanlarında uğurlu nəticə göstərə bilməyib. Bu il isə imtahanda 324 bal toplayıb.
 
Xətai bildirir ki, gələcəkdə jurnalistika sahəsində çalışmaq istəyir: “Əngəlli olan insanlar özünü sübut etməlidir. Göstərməlidir ki, başqa insanlardan heç bir fərqi yoxdur”. 
 
 

Şərhlər

Çox oxunanlar