Apple istifadəçiləri: ehtiyatlı olun

02.08.2016 21:53     Sosreaksiya     1366

"Securitylab" nəşri yazır ki, mütəxəssislər "Apple" şirkətinin mobil qurğulardan istifadə edənlərin hesab məlumatlarının ələ keçirilməsi üçün nəzərdə tutulmuş fişinq hücumunu qeydə alıblar. Cinayətkarlar xüsusi yaradılmış fişinq və ya müdaxilə olunmuş qanuni sayta keçidi özündə saxlayan "SMS" mesaj yayırlar. Tədqiqatçıların məlumatına görə, təqribən 7500 "iPhone" və "iPad" sahibi cinayətkarların qurbanı olub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, guya "App Store" administrasiyası tərəfindən göndərilmiş mesaj istifadəçini hesabının müvəqqəti bloklanması və girişin bərpası üçün qeydiyyat məlumatlarını daxil etmək haqda məlumatlandırır. Əks-təqdirdə hesab birdəfəlik bloklanacaq. Göndərilmiş xəbərdarlıqda, həmçinin "Apple" saytında müvafiq səhifəyə istinad yerləşdirilib. Ancaq istinada keçid etdikdə istifadəçi qeydiyyat məlumatlarını daxil etmək üçün saxta formadan ibarət səhifəyə girir.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar