Azərbaycanda biabırçı məktəb binası

02.08.2016 22:28     Sosreaksiya     912

Bu məktəb qəzalı vəziyyətdədir

Yardımlı  rayonu Qaraqaya kənd  tam orta məktəbdə acınacaqlı mənzərə hökm sürür. Məktəb binası yararsız vəziyyətdədir və orada normal təhsil almaq üçün şərait yoxdur.
 
Kənd sakininin “Bizim Yol”-a göndərdiyi videogörüntüdən də göründüyü kimi, məktəb binasının divarında çatlar yaranıb, avadanlıqlar artıq yararsız vəziyyətdədir. Ban və döşəmə sıradan çıxıb. Pəncərə demək olar ki, yoxdur, qapı sınıq-sökük, partalar yaman gündədir.
 
Sakin bildirir ki, yararsız vəziyyətdə olan məktəb binası tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Çünki məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir.  
 
Yardımlı  rayonu Qaraqaya kənd  tam orta məktəbin direktoru Sərvər Əliyev “Bizim Yol”-a açıqlamasında bildirdi ki, yeni məktəb binasının tikintisi 2014-cü ilin may ayından başlanıb: “Bizə məlum olmayan səbəblərdən hələ də məktəbin binası tikilib təhvil verilməyib. Sakinlərdən biri icra başçısının qəbulunda olarkən məsələni qaldırıb. İcra başçısı da bildirib ki, məktəbin tikintisi 2017-ci ildə başa çatacaq”.
 
 
Reaksiya.az

Şərhlər

Çox oxunanlar