Manat dollar və avroya qarşı ucuzlaşmaqda davam edir

03.08.2016 14:00     Sosreaksiya     910

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 2-si ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5915 manat təşkil edib.

 

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,54% möhkəmlənərək 1,7845 manat olub.



Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl isə dəyişməyərək 0,0238 manat səviyyəsində qalıb.

 

Türkiyə lirəsinin məzənnəsi 0,09% möhkəmlənərək 0,5314 manat olub.

 

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1205 manatdır. Beləliklə, funt sterlinq 1,22%-lik bahalaşma nümayiş etdirib.



Gürcüstan larisinin məzənnəsi isə 0,07% artaraq 0,6772 manat təşkil edib.

 

 Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar