İctimai Birlik Referendumla bağlı tədbir keçirib - FOTOLAR

03.08.2016 16:22     Sosreaksiya     1496

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin növbəti tədbirini keçirib.

“Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində Binəqədi rayonunda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktına ilə bağlı Qarabağ müharibəsi veteranları, əlilləri , şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə tədbir keçirilib.Tədbiri layihənin rəhbəri Mətanət Əsgərqızı açıb. O, qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında Sərəncam imzalayıb. Bu məsələdə hər kəs fəal olmalıdır. QHT-lər xüsusilə geniş təbliğat və təşviqat işləri aparmalıdırlar. O, xüsusi vurğulayıb ki, ümumiyyətlə, ictimai rəy konstitusiyaya dəyişikliklərlə bağlı layihəni Azərbaycanın inkişafı baxımından mühüm islahatlar kimi dəyərləndirir. Layihə rəhbəri qeyd edib ki, inanıram ki, xalqımız irəli sürülən layihəyə yekdilliklə "hə" deyəcək.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, 2016-cı il Azərbaycanda dərin islahatlar ili olmalıdır. Bu islahatlar bir çox sahələri əhatə edir. İqtisadi sahədə verilən qərarlar, aparılan islahatlar artıq öz nəticələrini verib və dünyada baş verən qlobal iqtisadi böhranlar belə, bu ilin ilk 6 ayı ərzində Azərbaycan öz iqtisadi inkişaf dinamikasını qoruyub-saxlaya bilib.Ona görə də Azərbaycan inkişaf etməkdə olan ölkədir və qarşısındakı hədəflər böyükdür. Əgər xalq prezident seçərkən, ona etimad göstərirsə o zaman Prezidentimizin səlahiyyət müddətinin 5 il deyil, 7 il olması daha məqsədəuyğun olar.

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğlu referendumla bağlı öz fikirlərini qeyd edib.O xüsusi vurğulayıb ki, millətimiz üçün bu önəmli hadisədə medianın da üzərinə böyük məsuliyyət düşür. O ictimai rəyi çaşdırmağa hesablanmış informasiyaların qarşısının alınması üçün jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Daha sonra çıxış edənlər , Karabakh Today saytının baş redaktoru Oktay Hacımusalı, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Eko-Ekspert İctimai Birliyinin sədri,Reaksiya.az saytının baş redaktoru Şəbnəm Rəfaelqızı da qeyd olunan fikirlərlə razı olduqlarını bildirərək qeyd ediblərki, bu yöndə istər QHT, istərsə də mətbuat nümayəndələri fəal olmalıdılar.

Daha sonra “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinin rəhbəri Mətanət Əsgərqızı icra etdikləri layihə barədə məlumat verib. Görülən işlərdən söz açıb. Belə layihələrin maliyyələşməsinin dövlətin bu qəbildən olan insanlara qayğısı kimi dəyərləndirən İctimai Birlik sədri qeyd edib ki, layihəni icra edərkən müraciət edən veteranlara, əlillərə və şəhid ailələrinə problemlərin həllində köməklik olunub.

Tədbirin sonunda “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsinə dəstəyə görə "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğluna, beş dildə çıxan Karabakh Today saytının baş redaktorları Oktay Hacımusalı, Qədir Nəsirov ,Reaksiya.az saytının baş redaktoru Şəbnəm Rəfaelqızı diplomla təltif olundular.

Şərhlər

Çox oxunanlar