Şahzadənin 1,1 milyonluq saatı oğurlandı - Parisdə küçənin ortasında

05.08.2016 22:57     Sosreaksiya     1298

Səudiyyə Ərəbistanından olan şahzadə Parisdə küçənin ortasında oğurluq hadisəsinin qurbanı olub.
 
"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa KİV-i yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
 
Həmin şəxs bildirib ki, iki kişi ona hücum edərək 1, 1 milyon dəyərində olan "Richard Mille" brendindən olan qol saatını oğurlayıb.
 
Polis insidentlə bağlı araşdırmalar aparır.
 
Şahzadənin adı məlumatda qeyd olunmayıb.
 
 

Şərhlər

Çox oxunanlar