İsti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib

06.08.2016 00:23     Sosreaksiya     984

Azərbaycanda isti hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.
 
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34-39 dərəcə  isti olacağı gözlənilir.
 
Avqust ayının birinci ongünlüyündə ölkə ərazisində isti hava şəraiti davam edəcək. Havanın maksimal temperaturu 35-40 dərəcə, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42 dərəcə isti olacağı gözlənilir.
 
 
 

Şərhlər

Çox oxunanlar