Sabahın hava proqnozu açıqlandı

07.08.2016 17:28     Sosreaksiya     874

Avqustun 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, şimal-şərq, şərq küləyi əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-25, gündüz 34-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 757 mm  civə sütunu, nisbi rütubət gecə 50-60%, gündüz 20-30% təşkil edəcək.
              
Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
 

Şərhlər

Çox oxunanlar