Avqustun 26-dan sonra III devalvasiya ola bilər
07.08.2016 20:42 Sosreaksiya 1465
Dolların rəsmi məzənəsinin qalxması banklarda da alış və satış kursunun yüksəlməsinə gətirib çıxarır
“Marja” yayıb ki, hazırda dolları ən yüksək qiymətə alan bank “Bank of Baku”dur. “Bank of Baku” 1 dolları 1.6300 manatdan alır 1.6430 manatdan satır. Dolları ən yüksək qiymətə satan banklar isə “Yapı Kredi Bank Azərbaycan” (1.6517), “AgBank” (1.6510), “AccessBank” (1.6500), “AFBank” (1.6500) və “CDB Bank”-dır (1.6500). Dolları ən aşağı qiymətə satan banklar isə “Naxçıvanbank” (1.63 manata) və “PAŞA Bank”dır (1.6370 manata).
Mərkəzi Bank 02 avqust 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 1.5883 manat səviyyəsində elan edib. 02 avqust üçün isə 1,5915 səviyyəsində müəyyən olunub.
Avqustun 26-dan sonra III devalvasiya ola bilərİqtisadçı Afiq Ağaquliyevin hurriyyet.org-a verdiyi məlumata görə, banklarda dolların alış və satış qiyməti Mərkəzin Bankın qoyduğu limiti aşa bilməz. Çünki Mərkəzi Bankın qoyduğu qaydaya görə, bankların dollar alqı-satqısı 4 faizi aşa və bu qaydanı heç bir bank poza bilməz: “Məsələn, 1.58 müəyyən edilibsə, biz başqa bankda 1.67 görürüksə, dərhal Mərkəzi Banka müraciət edib bu barədə şikayət verə bilərik. Qanunvericilikdə belə bir göstərici var ki, 4 faiz həddini keçmək olmaz. Bununla bağlı həmin bank dərhal cərimə olunmalıdır. Amma hazırda elə bank da yoxdur ki, belə bir addımı atsın, çünki Mərkəzi Bank hər dəfə hərraca 50 milyondan artıq pul çıxarmır. Halbuki ən azı 450 milyon, 500 milyon çıxarmalıdırlar. Bankların tələbi 9 dəfə daha çoxdur. Bu tələb də ödənmədiyi üçün dollar bazarının formalaşması fərqli olur”.
Ekspertin fikrincə, avqustun sonu sentyabrın əvvəlinə qədər, ikinci devalvasiya rəqəminədək dolların məzənnəsi arta bilər: “Məsələn, ikinci devalvasiyada faktiki dolların qiyməti 1.72 idi. Dolların 1.73-ə qalxması realdır. Hətta devalvasiya baş versə, neft sektoru ilə manatın dəyərini hesablasaq, manatın dəyəri 2 manat 26 qəpiyə bərabər olar. Amma Mərkəzi Bank hələ ki, manatın dəyərini nisbətən saxlamağa çalışır”.
Avqustun 26-dan sonra ölkədə üçüncü devalvasiyanın baş verəcəyini ehtimal edən ekspertin sözlərinə görə, Azərbaycanda valyuta bazarının daxili siyasətə çevrilməsi bu prosesi bir az da yaxınlaşdırb: “Devalvasiya hər an baş verə bilər. Neftin qiyməti 42 dollardır, qiymət də gündən-günə enir. Çünki yay aylarında yanacağa, enerjiyə tələbat 50 faiz azaldığından neftin qiyməti bu aylarda enir. Belədə üçüncü devalvasiyanın bu aralarda baş verməsi gözəniləndir”.
Şərhlər