Novxanıda dənizdə batan şəxsin cəsədi çıxarılıb

07.08.2016 20:48     Sosreaksiya     1251

 Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Novxanı qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
 
APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1992-cİ il təvəllüdlü Qocayev Kamran Şahin oğlunun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
 
Əməliyyat saat 18:40-da başa çatıb. 
 

Şərhlər

Çox oxunanlar