Müsavatın Qaradağ rayon təşkilatının sabiq sədri partiyadan istefa verib

07.08.2016 21:46     Sosreaksiya     1112

Müsavat Partiyası Qaradağ rayon təşkilatının sabiq sədri Akif Nəcəfli partiya sıralarından istefa verib.
 
A. Nəcəfli istefası haqqında bəyanatı APA-ya göndərib.
 
Bəyanatda bildirilir ki, Arif Hacılı Müsavatın başqanı olduqdan sonra partiyada demokratik fikirli insanlara təzyiq başlayıb: "1992-ci ildən Müsavat Partiyasının üzvüyəm. 2006-2016-cı illərdə partiyanın Qaradağ rayon təşkilatına rəhbərlik etmişəm. Partiyanın 8-ci qurultayında Arif Hacılı partiyanın başqanı postuna gətiriləndən sonra partiyada azad sözə, demokratik fikirlərə basqılardan narahatlığımı dəfələrlə ifadə etsəm də, heç bir müsbət addımın atıldığının şahidi olmamışam. Əksinə bu basqıların getdikcə repressiv tədbirlərlə əvəzləndiyini böyük təəssüf hissi ilə müşahidə etmişəm. Parlament seçkilərində Müsavat Partiyasını ələ keçirmiş bir qrupun siyasi oyunbazlığı indi də davam etməkdədir. Belə ki, seçki məntəqələrinin dörddə birinə nəzarət etmək gücündə olmayan bir təşkilatın əvvəl seçkiyə gedib, sonra seçkiyə iki gün qalmış boykot taktikası seçməsi anlaşılan deyil və bu vəziyyət indi də davam etməkdədir. Hesab edirəm ki, bu hakimiyyətin hərəkətlərinə legitimlik donu geyindirməkdir. Odur ki, Müsavat Partiyasının son dövrlərdə tutduğu siyasi xəttin müxalifətçilik oyunu olduğunu, partiyanın siyasi qalmaqallarla gündəmi dəyişdirməyə cəhd etdiyini düşünərək Müsavat Partiyasının sıralarından istefa verirəm!".
 
 

Şərhlər

Çox oxunanlar