Bakıda məktəb yandı

07.08.2016 23:13     Sosreaksiya     1443

Bakıda yanğın hadisəsi qeydə alınıb.

”Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda Təhsil Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən orta məktəbin ərazisində ümumi sahəsi 200 m2 olan idman zalının dam örtüyü 140 m2 sahədə yanıb.
 
Dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Şərhlər

Çox oxunanlar