“Budəfəki maarifləndirmə missiyamız bir az fərqli olacaq” - Mehriban Zeynalova

13.07.2015 17:38     Sosreaksiya     3261

“Saatlılara insan alveri, ondan necə qorunmalı olmaları və onun formaları barədə geniş məlumat veriləcək”.

Bunu Reaksiya.az-a açıqlamasında “Təmiz Dünya” Qadınların İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Mehriban Zeynalova bildirib ki, sabah Saatlıda insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işi aparacaqlar:

“Budəfəki maarifləndirmə missiyamız bir az fərqli olacaq. Belə ki, gənclərdən ibarət olan "SƏS" qrupu iki saatlıq konsert verəcək. “SƏS” qrupunun repertuarında milli mahnılarımız xüsusi yer tutacaq. Bu yeni aranjimanda işlənərək  Saatlı əhalisinə təqdim ediləcək. Eləcə də konsert zamanı 300-ə yaxın gənc tədbirdə iştirak edəcək. Konsert zamanı insan alveri, ondan necə qorunmalı və onun formaları barədə geniş məlumat veriləcək. Bu tədbirin keçirilməsində Saatlı Rrayon İcra Hakimiyyəti öz dəstəyini əsirgəmədi. Bu Azərbaycan Respublikası Prezidenti yaninda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "insan alveri ilə mübarizədə potensialın artırılması layihəsi çərçivəsindədir”.

Şərhlər

Çox oxunanlar